Tarix : 2008 Nov 07
Kod 8573

Əhmədinejadın Obamaya müraciəti

əgər ilahi göstərişlər və peyğəmbərlərin təlimlərinin icrası istiqamətində addımlar atılsa, ümid edilir ki, Allah Tala yardım etsin və keçmiş ağır cinayətlərin bir qədər əvəzi çıxılsın
İİR servisi/Aran Agentliyi

İİR-in prezidenti Amerikanın seçilmiş prezidenti Barak Obamanın Vaşinqton dövlətinin daxili və xarici siyasətlərində əsaslı dəyişikliklər üzrə istəyə sürətlə cavab verməsini ABŞ xüsusiyyət təşkil etməklə bütün dünya xalqlarının istəyi adlandırıb. Mahmud Əhmədinejad cümə axşamı günü Amerikanın seçilmiş prezidenti Barak Obamaya bir müraciətdə onu seçkilərdə qələbə çalması münasibəyi ilə təbirik edərək vurğulayıb ki, Abş və dünya xalqları istəyirlər ki, Amerika dövlətinin daxili və xarici siyasətlərində düzgün və əsaslı dəyişikliklərin aparılması Obamanın gələcək hökumətinin bütün proqramları və hərəkətlərinin ən mühüm  mehvəri olsun.
Əhmədinejad Amerika xalqının mənəvi təmayüllərinə işarə edərək xalqa xidmət etmək və böhranlı iqtisadi vəziyyətdə islahatlar aparmağı amerikalıların Obamadan ən əsas gözləntisi  adlandırıb.
İİR-in prezidenti Orta  və Yaxın Şərq xüsusiyyət təşkil etməklə siyasətlərdə və davranışlarda əsaslı, ədalətli və həqiqi dəyişikliklərin aparılmasının İranın mədəniyyət yaradıcı və ədalətsevər xalqı tərəfindən müsbət qarşılanmasına işarə edərək deyib: əgər ilahi göstərişlər və peyğəmbərlərin təlimlərinin icrası istiqamətində addımlar atılsa, ümid edilir ki, Allah Tala yardım etsin və keçmiş ağır cinayətlərin bir qədər əvəzi çıxılsın.
Əhmədinejad Orta və Yaxın Şərq regionu xalqları xüsusi ilə məzlum Fələstin, İraq, Əfqanıstan xalqları ilə Amerikanın altmış illik ədalətsiz rəftarlarını xatırladaraq Amerikanın rəftarının dəyişdirilməsi və Vaşinqton dövlətinin müdaxilələrinin öz ölkəsinin coğrafi sərhədlərinə məhdudlaşdırılmasını istəyib.

  • Yazılıb
  • da (də) 2008 Nov 07