Tarix : 2008 Nov 07
Kod 8574

Abdulla Gül, İlham Əliyevlə Serj Sarkisyanı İstanbulda görüşdürəcək

İlham Əliyevin Çankaya köşkündə Abdulla Güllə görüşü zamanı Gülün Türkiyənin ev sahibliyi ilə üçtərəfli zirvə görüşü təklifinə Azərbaycan Prezidenti müsbət cavab verib
Azərbaycan servisi/Aran Agentliyi
   “Yeni Şərq”in ANS-ə istinadən verdiyi xəbərə əsasən, İlham Əliyevin Çankaya köşkündə Abdulla Güllə görüşü zamanı Gülün Türkiyənin ev sahibliyi ilə üçtərəfli zirvə görüşü təklifinə Azərbaycan Prezidenti müsbət cavab verib. Təklifi Ermənistan tərəfinə də çatdıracaq olan Türkiyə, görüşün dəqiq tarixini hələ müəyyən etməyib. Görüşün İstanbulda olacağı güman edilir.
    «Zaman» qəzetinin bu mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov danışıqların mövzusunu və yerini ev sahibi olan ölkə kimi Türkiyənin təyin edəcəyini söyləyib. Məmmədyarov üçtərəfli zirvə görüşünün təkcə Dağlıq Qarabağdakı vəziyyətlə məhdudlaşmayacağını vurğulayıb, tərəfləri maraqlandıran digər mövzuların da müzakirə ediləcəyini bildirib.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 07