Müxalifət partiyalarının liderləri aksiyada 30 mindən çox adamın iştirak etdiklərini deyir
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan müxalifətinin Tiflisin mərkəzində, parlament binasının qarşısında başladıqları etiraz aksiyası davam edir. ANS PRESS-in Gürcüstan bürosunun məlumatına görə, hazırda aksiya iştirakçıları prezident iqamətgahının qarşısındadar. Müxalifət partiyalarının liderləri aksiyada 30 mindən çox adamın iştirak etdiklərini deyir.
Müxalifət partiyalarının liderləri növbə ilə çıxış edirlər. Aksiya iştirakçıları prezident Mixail Saakaşvilinin istefası tələblərini səsləndirirlər. Digər tələblər arasında 2009-cu ilin yazına kimi növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi, «İmedi» telekanalının qanuni sahibinə qaytarılması, siyasi məhbusların azadlığa buraxılması və yeni seçki məcəlləsinin tərtib edilməsi də var. Onlar tələbləri oxuyub qurtarandan sonra tələblərini prezident administrasiyasının nümayəndəsinə verməyi planlaşdırırlar.