Tarix : 2008 Nov 08
Kod 8597

ATƏT GÜRCÜSTAN -RUSİYA MÜHARİBƏSİNDƏ İFLASA UĞRAYIB

Müharibə nəticəsində Rusiya ordusu Gürcüstanda möhkəmləndi
Azərbaycan servisi/Aran Agentliyi

ATƏT daxilində təşkilatın Rusiya-Gürcüstan müharibəsinin qarşısını niyə ala bilməməsi barədə mübahisələr və fikir ayrılıqları yaranıb. ATƏT-in sabiq yüksək vəzifəli rəsmisi Rayan Qrist BBC-yə söyləyib ki, o hələ Cənubi Osetiyaya hücum etməzdən əvvəl, Gürcüstanın hərbi fəallığı barədə ATƏT rəhbərliyinə xəbərdarlıq göndərmişdi.  O bu hesabatlarının rəhbərliyə ötürülməməsini "tam uğursuzluq" adlandırıb.

Bu arada, ATƏT-ə sədrlik edən Finlandiyanın xarici işlər naziri Aleksandr Stab bəyan edib ki, xəbərdarlıqlar təşkilata üzv olan dövlətlərə ötürülmüşdü və sistem çox yaxşı işləmişdi. Qrist deyib: "ATƏT artıq neçə ildir ki, C. Osetiyada işləyir. Bizim missiyanın daxilində orada baş verənlərdən xəbərdar idilər və nə olacağını hiss edirdilər.

Mən deyərdim ki, daha yüksək diplomatik səviyyədə vəziyyətin necə inkişaf etdiyinə fikir verilmədiyi göz qabağında idi. Axı aydın idi ki, nə isə olacaq." Onun sözlərinə görə, ATƏT-ə üzv ölkələrin səfirlərinin brifinqində, o "gərginliyin kəskin surətdə" artdığını demişdi.

Lakin Stab əmin edir ki, informasiya dövlətlərin rəhbərlərinə ötürülmüşdü və bu dövlətlər özləri nəticə çıxarmışdılar.
"Mən özüm avqustun 7-ə kimi həyəcanlı məlumatlar alırdım. Amma belə məlumatlar hər iki tərəfdən də gəlirdilər."
Stabın sözlərinə görə, ATƏT "yalnız diplomatik vasitələrə malikdir", amma etiraf edib ki, bu vasitələr istənilən nəticəni verməyib.

  • Yazılıb
  • da (də) 2008 Nov 08