Azərbaycan R-nın Xarici İşlər Naziri Avropa Birliyindən istəyib ki, region məsələləri ətrafında ikili siyasətlər yürütməkdən əl çəksin
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R-nın Xarici İşlər Naziri Avropa Birliyindən istəyib ki, region məsələləri ətrafında ikili siyasətlər yürütməkdən əl çəksin. İRNA-nın Bakıdan verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Elmar Məmmədyarov Avropa Birliyinin Enerji Məsələləri üzrə komissarı Andreas Piebalqz ilə görüşdə, Qafqazda cərəyan edən olaylar, o cümlədən Dağlıq Qarabağ haqqındakı məsələlər ətrafında müzakirə aparıb.
Nazir deyib ki, Avropa Birliyi Qafqaz məsələləri ilə bağlı bəyanatlarında şəffaf olmalı və ikili standartlardan çıxış etməməlidir.
Bu görüşdə həmçinin noyabrın 14-də Bakıda keçiriləcək Beynəlxalq Enerji Konfransı ətrafında fikir mübadiləsi aparılıb və tərəflər neft istismarı, habelə onun dünya bazarlarına çıxarılması məsələsini müzakirə ediblər.
Avropa Birliyinin Enerji Məsələləri üzrə komissarı iki günlük səfərlə dünən Azərbaycan Respublikasına gəlib. Avropalı diplomatın Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və enerji üzrə rəhbər vəzifəsində çalışan nümayəndələrlə görüşü planlaşdırılıb.