Tarix : 2008 Nov 08
Kod 8599

SERJ SARKİSYAN: XARİCİ İŞLƏR NAZİRLƏRİNƏ «MADRİD PRİNSİPLƏRİ» ÜZƏRİNDƏ İŞLƏMƏK TAPŞIRILIB

Qarabağ münaqişəsi tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müqavilə imzalanana qədər təməl həll prinsipləri üzrə saziş imzalamalıdırlar
Ermənistan servisi/Aran Agentliyi

Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Avropa Komissiyasının sədri Joze-Manuel Barrozo ilə görüşü başa çatdıqdan sonra bildirib.

O deyib ki, Moskvada İlham Əliyevlə görüş zamanı iki ölkənin xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi «Madrid» prinsipləri əsasında danışıqları davam etdirəcəkləri barədə razılıq əldə olunub.

«Əgər biz bu prinsiplər üzrə təmas nöqtəsi əldə edə bilsək, onda təməl həll prinsipləri üzrə saziş imzalanmalıdır. Bundan sonra əsas müqavilə imzalanacaq», deyən Sarkisyan əlavə edib ki, bu mərhələdə ictimai müzakirələr zərurəti yaranacaq.

Azərbaycan dövlət başçısı ilə görüşləri haqda danışan Sarkisyan bildirib ki, bu görüşlər «müsbət qərarların əldə edilməsinə şərait yaradır», bu barədə «Ermənistan» telekanalı məlumat verir.

Xatırladaq ki, «Madrid prinsipləri» Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün referendum keçirilməsini nəzərdə tutur.

  • Yazılıb
  • da (də) 2008 Nov 08