XİN: Ankara Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırmır
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycan və Ermənistan prezidentlərini görüşdürəcəyi barədə xəbərlər təkzib olundu. “Prezident Abdullah Gülün guya Azərbaycan və Ermənistanın da dövlət başçılarının iştirakı ilə üçtərəfli görüş təşkil edəcəyi barədə xəbərlər tamamilə əsassızdır”. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin bildirib. Burak Özügərgin mətbuatda bu barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, Ankara hazırda belə bir görüşün keçirilməsini planlaşdırmır.