Amerikanın casusluq və kəşfiyyat orqanlarının mərkəzi Asiya və Qafqazda casus cəzb etməyə dair səyləri ilə eyni vaxtda bu fəaliyyətlər Azərbaycan R-da da açıq-aşkar həyata keçirilir
Azərbaycan servisi/Aran Agentliyi
Amerikanın casusluq və kəşfiyyat orqanlarının mərkəzi Asiya və Qafqazda casus cəzb etməyə dair səyləri ilə eyni vaxtda bu fəaliyyətlər Azərbaycan R-da da açıq-aşkar həyata keçirilir. Müxbirimizin Bakıdan verdiyi məlumata əsasən, Amerika səfirliyi azəri tələbələri Amerikanın Hərbi Akademiyalarında təhsil almaq üçün bu ölkəyə dəvət edib.
Bu ilk dəfədir ki, ABŞ-ın Bakıdakı səfirliyi Amerikanın Hərbi Akademiyalarında təhsil almaq üçün bildiriş yayır.
Amerika səfirliyi bundan əvvəl də azəri məktəbliləri amerikan ailələrinin yanında qalaraq, təhsil almaq planını icraya qoyub. Bu plan əsasında seçilmiş azəri məktəblilər orta məktəbi amerikalı ailələrlə yaşamaqla başa vururdular.
Ekspertlər bu qənaətdədirlər ki, Amerikanın müxtəlif ölkələrdəki səfirlikləri istedadlı gəncləri tapıb, ABŞ-da oxutdurmaqla onları casusluq və hərbi işlərdə istifadə etmək üçün potensiallı casusa çevirmək niyyətindədirlər.