Tarix : 2008 Nov 10
Kod 8627

TÜRK ORDUSU İLƏ PKK-çıların SİLAHLI TOQQUŞMASI

dünən PKK terrorçuları Şimali İraqın sərhəddində yerləşən Türkiyə sərhəd zastavasına hücum ediblər
Türkiyə servisi/ARAN AGENTLİYİ
Türkiyə ordusu ilə PKK-çılar arasında silahlı toqquşma gedir.

İslam-Azeri-nin İHA-ya istinadlı xəbərinə görə dünən PKK terrorçuları Şimali İraqın sərhəddində yerləşən Türkiyə sərhəd zastavasına hücum ediblər.

Verilən məlumata görə Şimali İraqın yaxınlığındakı Çuxurça mahalına bu gün səhər saatlarında Şimali İraq torpaqlarından gələn bir qrup terrorist Çayırlı Sərhəd Polis bölməsinə hücum edib.

Bu silahlı toqquşmalarda 3 əsgərin yaralandığı önə çəkilir.

Yaralı əsgərlərdən biri vertolyotla Van hərbi hospitala, 2-si isə Hakkari hərbi hospitalına göndərilib .

Xəbər agentliyinin verdiyi məlumata görə döyüşlər hələ də gedir.

Türkiyə qırıcılarının PKK-çıların digər düşərgələrini bombaladığı da xəbər saytlarında qeyd edilir.
  • Yazılıb
  • da (də) 2008 Nov 10