Azərbaycan Respublikasında 30 rayon və 500 kəndin aztəminatlı ailələrindən təqribən 50 min nəfəri bu xeyriyyə təşkilatının humanitar yardımlar və himayəsinə malikdir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
İmam Xomeyni (rə) adına İmdad Komitəsinin Azərbaycan R-dakı şöbəsinin mətbuat xidməti bir bəyanatda, İranın Azərbaycan R-a humanitar yardımlardan ibarət 9 yük maşını göndərdiyini bildirib. Qarabağ şəhidlərinin ailə üzvlərinə, başsız ailələrə, Qarabağ qaçqınları və aztəminatlı ailələrə ünvanlanan bu 9 yük maşını qida məhsulları və mənzil ləvazimatına şamil olur.
İrandan Azərbaycan Respublikasına göndərilən bu humanitar yardımlar xüsusi bir mərasimdə, bu ölkənin humanitar yardım işlər üzrə şöbə rəisi Məmməd Məhərrəmova təhvil verilib. Həmin azəri rəsmisi bu xüsusi mərasimdə etdiyi çıxışında İmam Xomeyni (rə) adına İmdad Komitəsinin bu hərəkətindən məmnun qaldığını ifadə edərək, İİR-nin Azərbaycan Respublikasına qarşı olan bu humanist hərəkətləri və yardımlarına öz təşəkkürünü bildirib.
Qeyd edək ki, İmam Xomeyni (rə) adına İmdad Komitəsi qeyri-hökumət beynəlxalq bir təşkilatdır.
Azərbaycan Respublikasında 30 rayon və 500 kəndin aztəminatlı ailələrindən təqribən 50 min nəfəri bu xeyriyyə təşkilatının humanitar yardımlar və himayəsinə malikdir.