Tarix : 2008 Nov 10
Kod 8630

AZƏRBAYCANDA HALAL RESTORANLARIN SAYI ARTMAQDADIR

Azərbaycanda bir zamanlar halal restoranların olmasını təsəvvür etmirdiksə, indi artıq bu cür restoranların sayı çoxalmaqdadır
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Azərbaycanda bir zamanlar halal restoranların olmasını təsəvvür etmirdiksə, indi artıq bu cür restoranların sayı çoxalmaqdadır.

Dünən bu cür restoranlardan birinin açılışı olub.

İslam Azeri-nin verdiyi xəbərə görə Badamdar qəsəbəsində "Fateh" Milli Halal restoranınn açılışı olub.

Məclisdə tanınmış din alimləri və ilahiyyatçılarla yanaşı adi vətəndaşlarda iştirak edib.

Restoran rəhbərliyinin bizimlə söhbətdə bütün müsəlmanlara xörəklərinin 100 faiz halallığını və keyfiyyətli olmasını zəmanət də veriblər.

Məclisdə muğam sədaları məclis iştirakçılarının xoş təəssüratlar yaradılmasına vasitə olub.

Bizim əməkdaşlarımızın araşdırmasına görə buradakı qiymətlər sərfəli bəlkədə təmtərağını nəzərə alsaq ucuzdur.

İnşallah bu cür halal süfrələrin çoxalmasını arzu edirik....
  • Yazılıb
  • da (də) 2008 Nov 10