Tarix : 2008 Nov 10
Kod 8631

QARABAĞ DÜYÜNÜ

.
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Məlum olduğu kimi, noyabrın 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Dağlıq Qarabağ müna­qişəsinin nizamlanmasına dair müzakirə ke­çirilmiş, birgə bəyannamə imzalanmışdır. Bu sənəd 1994-cü ildən bəri Azərbaycan və Er­mənistan prezidetlərinin problemin həlli ilə bağlı imzaladıqları ilk sənəddir. Dmitri Med­vedyev, İlham Əliyev və Serj Sərkisyanın im­zaladığı bu sənəd tərəflərin Moskvada əldə etdiyi razılaşmanı əks etdirir.

Razılaşmaya görə, Ermənistan Dağlıq Qa­rabağın ətrafındakı rayonları işğaldan azad edir, qaçqın-köçkünlər öz yerlərinə qayıdır, Azərbaycan isə bunun qarşılığında Ermənis­tana nəqliyyat dəhlizləri və başqa kommuni­kasiya xətləri açır. Rusiya bu sülhün (əgər buna sülh demək olarsa - V.A.) əvəzində öz əsgərlərini sülhməramlılar adı altında Azər­baycan, Ermənistan və Dağlıq Qarabağda yerləşdirir. Ən maraqlısı da referendum məsələsinin ortaya qoyulmasıdır. Bu isə ölkə konstitusiyasına və ümummilli ma­raqlarımıza ziddir. Çünki ərazi bütövlüyü ilə bağlı respublikanın ayrıca götürülmüş bir bölgəsində referendum keçirilə bilməz. Başqa sözlə, bu halda referendum bü­tün ölkəni əhatə etməlidir. Ona görə də 8 milyondan çox əhalisi olan ölkənin, cə­mi 100-120 min nəfərinin yaşadığı Dağlıq Qarabağda ümumxalq səsverməsinin keçirilməsi yolverilməzdir. Və mən güman etmirəm ki, ölkə rəhbəri belə taleyüklü bir məsələ ilə bağlı öz üzərinə böyük məsuliyyəti götürüb bu avantüraya getsin.

Əslində elə bu münaqişənin yaradan "rus ayısı" başı ABŞ-dakı prezident seçkilə­rinə qarışmış demokrat "qara uzunqulaq"la respublikaçı "fil"in mübarizəsindən mə­harətlə istifadə edərək nəzarəti öz əlində saxlamağa çalışır, həm Ermənistan, həm də Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaqda davam edir. Statusa gəldikdə isə, bu məsələ çox güman ki, qeyri-müəyyən vaxta qədər dondurulmuş halda sax­lanılacaq ki, bu da ABŞ hökumətini qane edir. Bəs görəsən belə halda çıxış yolu nə­dir?
Əlbəttə, ilk növbədə ölkədə sözün həqiqi mənasında vətəndaş cəmiyyəti yaradıl­malı, bunun şərtlərindən biri kimi Azərbaycanda rüşvətxorluğun kökü kəsilməli, neftdən gələn gəlirlər əsasən qeyri-neft sektorunun inkişafına yönəlməli, yeni sə­naye müəssisəsələri açılmalı, iqtisadiyyatı inkişaf etdirməklə əhalinin yaşayış sə­viyyəsini yüksəltməli, ən müasir hərbi texnikalar alınmalıdır. Həmçinin savadlı, ba­carıqlı, səriştəli zabitlərdən istifadə olunmalı, orduda döyüş təlimləri yüksək səviy­yədə keçirilməlidir. Əgər belə bir cəmiyyət yaranarsa əhalidə vətənpərvərlik hisslə­ri güclənər.

Müharibə vəziyyətində olan bir ölkənin radio və televiziya kanallarında bütün şou-proqramların ləğv olunması, milli-dini mənəviyyatımıza zidd olan müxtəlif şou-yarışmalara qadağa qoyulması da əsas şərtlərdən biridir. Ümumiyyətlə, bütün qüvvələri torpaqların işğaldan azad edilməsi istiqamətində birləşdirməliyik. Əgər beynəlxalq hüquq normalarına uyğun olaraq problemi BMT-nin 4 məlum qərarına əsasən, siyasi üsullarla nizamlamaq mümkün olmasa, Azərbaycan tərəfi bütün mümkün vasitələrdən istifadə edərək özünün ərazi bütövlüyünü bərpa etməlidir. Vasitəçi kimi isə indiyə qədər heç bir irəliləyişə nail olmayan və əslində bunu istə­məyən, danışıqlarda həmişə tərəf kimi çıxış edən ATƏT-in Minsk Qrupundan imti­na etməli, Ermənistanı işğalçı kimi tanıyan İslam Konfransı Təşkilatından, onun üz­vü olan müsəlman dövlətlərinin vasitəçiliyindən istifadə olunmalıdır.
  • Yazılıb
  • da (də) 2008 Nov 10