Tarix : 2008 Nov 10
Kod 8639

Bakıda Nəsimi rayonunda baş vermiş partlayış ölümlə nəticələnib

hadisə səhər saat 7 radələrində Əbilov 78 ünvanında yerləşən həyət evlərindən birində qeydə alınıb
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün Bakının Nəsimi rayonunda partlayış baş verib. ANS PRESS-in məlumatına görə, hadisə səhər saat 7 radələrində Əbilov 78 ünvanında yerləşən həyət evlərindən birində qeydə alınıb. İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində ev sahibləri Azad Kərimov və onun həyat yoldaşı 48 yaşlı Anna Kərimova dünyalarını dəyişib. Məlumata görə, partlayış nəticəsində ev tamamilə yanıb, qonşu evin isə dam örtüyü yarasız hala düşüb.
  • Yazılıb
  • da (də) 2008 Nov 10