Tarix : 2008 Nov 10
Kod 8642

Beş mindən artıq azərbaycanlı zəvvar həcc mərasimini yerinə yetirmək üçün Ərəbistana gedir

Cari ildə həcc konqresində 5 mindən çox azərbaycanlı zəvvar həcc mərasimini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına ezam olunacaq
Azərbaycan servisi/Aran Agentliyi

Cari ildə həcc konqresində 5 mindən çox azərbaycanlı zəvvar həcc mərasimini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına ezam olunacaq. Minə yaxın və yeddi karvandan ibarət olan azərbaycanlı ziyarətçi təyyarə ilə Bakıdan Ciddəyə ezam olunur. Və daha 4-min dən çox müsafir quru yol marşrutu ilə və İİR ərazisindən keçərək özlərini Məkkəyə çatdıracaq.
Azəri hacılardan bir qrupu da Gürcüstan marşrutu ilə bu mənəvi səfəri həyata keçirmək üçün Ərəbistana yollanmalıdır.
Həcc aşiqlərindən çoxu da quru yol və İİR marşrutundan keçərək Səudiyyə Ərəbistanına ezam olunacaqlar. Bu qrup İİR-nin Bakıdakı səfirliyindən viza istəyib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə bir müsahibədə cari ildə altı min nəfər azəri zəvvarın vəhy ərazisi olan Məkkəyə səfər etməsinə imkanın yaradılmasından xəbər verərək deyib: Ümidvarıq ki, hacıların səfəri başlanan vaxtadək azəri karvanlar üçün təyin olunmuş tutum tamamlansın . Az. R-dan təyyarə ilə həcc səfərinin xərci ABŞ dolları ilə 5000 və avtobus ilə 3000 dollar təyin olub.
Qeyd edək ki, ötən il Az. R-dan 5min 600 nəfər həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə ezam olmuşdur.

  • Yazılıb
  • da (də) 2008 Nov 10