Mömin insanların qələbəsi Allahın etdiyi vəddir ki, reallaşır. Və onun gerçəkləşməsi İranla İraq əlaqələrinin genişlənməsidir
İİR servisi/Aran Agentliyi
Haşimi Rəfsəncani : İslamın əsil mədəniyyəti və ictimai ortaqlıqları İranla İraqı birləşdirən nöqtə adlandırıb. İİR hökumətinin məsləhətlər üzrə Qərar Şurasının sədri Əkbər Haşimi Rəfsəncani bazar ertəsi günü Tehranda İraqın Bəsrə və Nasiriyyə şəhərlərinin mədəni şəxsiyyətləri və universitet müəllimlərindən ibarət bir qrupu qəbulu zamanı deyib: Mömin insanların qələbəsi Allahın etdiyi vəddir ki, reallaşır. Və onun gerçəkləşməsi İranla İraq əlaqələrinin genişlənməsidir.
Xobreqan Ekspertlər Məclisinin sədri insanları dözüm və Allah yolunda müqavimət göstərməyə səsləyən Quran ayələrini şərh edərək deyib: İraqda Səddam və sabiq Bəs rejimi qalıqlarının nəhs devrilməsi taleyi Allahın etdiyi vədlərinin nümunələrindəndir.
Ayətullah Əkbər Haşimi Rəfsəncani ABŞa İraqla bağlı imperializm əhval-ruhiyyəsinin islami ölkələrdə xüsusi ilə də İraq və Əfqanıstanda yeri yoxdur və əgər işğalçı qüvvələr müxtəlif bəhanələri əsas tutaraq islami ərazilərdə qal-maqal niyyətindədirlərsə onda özlərinin xalqın istəklərini nəzərə almalıdırlar.