Bu təyyarələr İran İslam Respublikasında fəaliyyət göstərən nəqliyyat və dəniz patrullarının istifadəsində olacaq
İRİ SERVİSİ/ARAN AGENTLİYİ
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "Fars News"-a istinadən xəbər verir ki, İran Silahlı Qüvvələri Hava Sənayesi Təşkilatının sədri Məcid Hidayət, bu inkişafla əlaqədar məlumat verərək, "İran-140" yolçu təyyarələrinin get-gedə artan istehsal müddətinə toxunub və bu təyyarənin müxtəlif növlərinin çıxarılması mövzusunda yeni qanunların hazırlandığını bildirib.
Hidayət Məcid bu mövzuda, "İmzalanan razılaşmaya görə "İran-140" təyyarəsinin, nəqliyyat və dəniz patrulları üçün iki növdə hazırlanıb, çıxarılmaqdadır " şəklində danışıb.
İran Silahlı Qüvvələri Hava Sənayesi Təşkilatının sədri Məcid Hidayət şərhlərinin davamında, "Kamov" deyilən Rus yarı ağır inkişaf etmiş vertolyotların İranda ortaq olaraq hazırlanması ilə əlaqədar olaraq, bu proyekt mövzusunda prezident Mahmud Əhmədinejad ilə Vladimir Putin arasında razılaşma imzalandığını və hal-hazırda bu razılaşmanın imza və istehsala hazırlıq mərhələsində olduğunu bildirib.