Tarix : 2008 Nov 11
Kod 8664

Rəsmi Bakı ilə Sionist rejim birgə elmi konfrans keçirir

Az. R-da müsəlman xalq kütlələrinin dəfələrlə bu ölkənin irqçi sionist rejimlə əlaqələrin qurulmasına qarşı çıxmasına rəğmən rəsmi Bakı bu rejimin qanunsuz istəklərinə tabe olur
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Az. R-da müsəlman xalq kütlələrinin dəfələrlə bu ölkənin irqçi sionist rejimlə əlaqələrin qurulmasına qarşı çıxmasına rəğmən rəsmi Bakı bu rejimin qanunsuz istəklərinə tabe olur. Bu istiqamətdə Sionist Rejimin Bakıdakı səfirliyi bir bəyanatda bildirib ki, çərşənbə günündən etibarən Bakıda kommunikasiya sahəsində Az. R. ilə Sionist rejim arasında birgə elmi konfrans keçirilir.
Forest News İnformasiya Agentliyinin məlumatına əsasən, Az. R-nin kommunikasiya və informasiya texnologiyaları naziri Əli Abbasovla irqçi Sionist rejimin Bakıdakı səfiri Artur Lenk İsaril rejiminin ticarət şirkətləri və azəri sahibkarların nümayəndələrini habelə Az. R-nin hökumət üzvlərini Sionist Rejimin son texnologiya nailiyyətlərlə tanış etmək məqsədi ilə çıxış edəcəklər. Az. R-da xüsusilə bu ölkənin İranla cənub sərhədlərində Sionist rejimin kommunikasiya və rabitə şirkətlərinin fəaliyyətinin genişlənməsi o həddə çatıb ki, son vaxtlar ölkədə sıravi vətəndaşlar belə Az. R-nin cənub bölgəsində Sionist rejimin casusluq fəaliyyətlərinə etiraz etməyə başlayıb. Son bir neçə ildə Az. R-da Sionist rejimin rabitə şəbəkəsinə nüfuzu  müxtəlif problemlərə səbəb olub. Az. R-nin rabitə şirkətlərindən olan Baksell şirkəti əvvəllər Az. R. Sionist rejimin müştərək şirkəti olaraq, azəri tərəfinin səhm çoxluğu ilə yaradıldı. Ancaq sonralar sionist tərəf Az. R. qanunlarına xilaf çıxaraq bu şirkətdə öz payını 80 faizədək artırdı. Bu hərəkət qanunsuz bir hərəkət olsa da , azəri tərəf ona qarşı etiraz etmək iqtidarında deyil.

  • Yazılıb
  • da (də) 2008 Nov 11