Tarix : 2008 Nov 11
Kod 8667

AZƏRBAYCANIN MÜƏLLİMLƏR MƏVACİBLƏRİNİ ALA BİLMİRLƏR

Seçkiöncəsi ölkə prezidenti İlham Əliyev bir çox sahələrdə, eləcə də səhiyyə və təhsil sistemində çalışanların maaşlarını 25 faiz artırdı. Amma bu artım da problemləri həll edə bilmədi
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Seçkiöncəsi ölkə prezidenti İlham Əliyev bir çox sahələrdə, eləcə də səhiyyə və təhsil sistemində çalışanların maaşlarını 25 faiz artırdı. Amma bu artım da problemləri həll edə bilmədi.
Prezident seçkilərindən sonra əhali daha çox şey gözləsə də, ümidlər özünü doğrultmadı. Ölkənin aparıcı təhsil müəssisələrində müəllimlərin maaşları vaxtlı- vaxtında verilsə də, rayon yerlərində, eləcə də bir çox texnikumlarda (kolleclərdə) maaşlar və təqaüdlər verilmir. Bölgələrdə çalışan müəllimlərin heç də hamısı maaşlarına edilən 25 faizlik artımı ala bilməyiblər. Bakıda fəaliyyət göstərən Bakı Yeyinti Sənayesi Texnikumunun müəllimləri tədris ilinin başlamasından ay yarım keçməsinə baxmayaraq, bir dəfə də olsun məvacib almayıblar.
Bunun səbəbinə aydınlıq gətirmək məqsədilə dünən Maliyyə və Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, gün ərzində telefon zənglərimizə cavab verilmədi.
  • Yazılıb
  • da (də) 2008 Nov 11