Tarix : 2008 Nov 11
Kod 8668

XƏZƏR İBRAHİM: SARKİSYANIN AÇIQLAMALARI MOSKVA BƏYYANAMƏSİNƏ ZİDDİR

Ermənistan prezidenti Serj Sarkisyanın Brüsseldə verdiyi açıqlamalar onun imzaladığı Moskva Bəyannaməsinə tam ziddir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, Moskva Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, bu norma və prinsiplər çərçivəsində qəbul olunmuş qərarlar, sənədlər əsasında həll olunacağı qeyd edilib:

"Bütün qərar və sənədlərdə ərazi bütövlüyü prinsipi üstün götürülür. Millətlərin öz müqəddəratını təyin etməsi hüququ da məhz ərazi bütövlüyü prinsipi çərçivəsində göstərilir".

Diplomat Moskva Bəyannaməsində münaqişənin mərhələli yolla həllinin də öz əksini tapdığını söyləyib: "Mərhələlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından və məcburi köçkünlərin geri dönməsindən sonra Azərbaycan ərazisi çərçivəsində hansısa statusun müəyyən olunmasını nəzərdə tuta bilər".

  • Yazılıb
  • da (də) 2008 Nov 11