Gəncədə 1992-93-cü illərdən Qarabağ müharibəsində şəhid olmuş həmvətənlilərimizin dəfn olunduğu qəbrstanlıqdakı məzarlar artıq məhv olmaq üzrədir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Gəncə şəhərində şəhid qəbirləri bərbad və acınacaqlı vəziyyətdədir.
İslam-Azeri-nin Gəncə.az saytına istinadlı xəbərinə görə Gəncədə 1992-93-cü illərdən Qarabağ müharibəsində şəhid olmuş həmvətənlilərimizin dəfn olunduğu qəbrstanlıqdakı məzarlar artıq məhv olmaq üzrədir. Bəzi qəbrlərin üzəri tamamilə dağılaraq tanınmaz hala düşüb.
Əhaliyə Xidmət Şöbəsinin müdiri Ələddin Hüseynov deyir ki, 393 şəhidin uyuduğu sözügedən qəbrstanlıqdakı şəhid qəbirlərin üzəri uzun illərdir təmir edilmədiyindən bərbad vəziyyətə düşüb. Son illər qış fəslinin şaxtalı keçməsi də qəbrlərin daha sürətlə aşınmaya məruz qalması ilə nəticələnib.
Şöbə öz daxili imkanları hesabına ötən yazda 70 qəbri təmir etdirdik. Bunu üçün təxminən 4 min manata yaxın vəsait xərclədik. Ancaq dağılmış qəbirlərin sayı çox olduğundan onları təmiri üçün külli miqdarda vəsait lazımdır. 2007-ci ildə qəbirstanlıqların abadlaşdırılması ilə bağlı ölkə prezidentinin sərəncamı var. Lakin hələ də bununla bağlı bizə nə müraciət edən var nə də vəsait ayıran. Biz isə hələ də gözləyirik» - Ə.Hüseynov belə deyir.
Ələddin Hüseynov deyir ki, əgər vəsait ayrılsa hətta bir çox şəhid qəbirlərini söküb yenidən təmir edə bilərlər.