Bu ilin 10 ayı ərzində Lənkəranda 28 nəfər HİV/QİÇS daşıyıcısı aşkarlanıb və rayon üzrə QİÇS xəstələrinin sayı 160 nəfərə çatıb
Azərbaycan servisi/ARAN AGENTLİYİ
Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov verib. Onun sözlərinə görə, laboratoriya tərəfindən ilk xəstə 1999-cu ilin noyabrında qeydə alınıb və 2000-2006-cı illər ərzində daha 83 HİV daşıyıcısı aşkar olunub. Sonrakı 1 il 10 ayda isə xəstəlik daha intensiv xarakter alıb. Ümumilikdə isə bölgə üzrə 282 QİÇS xəstəsi qeydə alınıb ki, bunların da 160 nəfəri Lənkəran, 51 nəfəri Masallı, 42 nəfəri Astara, 18 nəfəri Cəlilabad, 6 nəfəri Yardımlı və 5 nəfəri Lerik rayonlarının payına düşür. R. İbişov bildirib ki, bu ilin 10 ayı ərzində bölgə üzrə həmçinin 4 QİÇS daşıyıcısı, ötən 9 ildə isə 21 nəfər QİÇS xəstəsi vəfat edib.