ABŞ-də Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə keçiriləcək Dinlər arası dioloq" konfransında ABŞ və İsrailin iştirakı "Gülməli və qəbul edilməz bir məsələdir
Azərbaycan servisi/Aran Agentliyi
ABŞ-də Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə keçiriləcək "Dinlər arası dioloq" konfransında ABŞ və İsrailin iştirakı "Gülməli və qəbul edilməz bir məsələdir" .
Bu sözləri İslam-Azeri-yə Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsin Səmədov bildirib.
"Mümkündür ki, bu konfransda bir çox müsəlman dövlətlər ola bilsin ki, ölkəmizdən də nümayəndə getsin. Bu məsələlərin müzakirəsi çox yaxşıdır. Ancaq keçmişdə və indi müsəlmanların qanının tökülməsi, İslam atributlarının təhqiri və müsəlmanlara olan böhtanlar adətən ABŞ və İsrail tərəfindən sifariş və ya yerinə yetirilir. Son həftələrdə Əfqanıstanda toy məclisində bir ailəni bombalamaq və ya İsrail əsgərlərinin Qurani Kərimə təhqiramiz hərəkətləri, bu gün Fələstində Əl İslah məscidinin dağıdılması və bir çox belə misallar bu ölkələrin İslam dini və müsəlmanlara olan münasibətidir. İndi belə bir ölkələrin "Dinlər arası dioloq" konfransında iştirakı çox gülməli və qəbuledilməz bir məsələdir. Mən ümid edirəm ki, müsəlman ölkələr bu məsələyə ciddi baxacaq və bu ölkələrin belə konfransda iştirakına etiraz edəcəklər".