Tarix : 2008 Nov 13
Kod 8687

ƏBU BƏKR MƏSCİDİ İLƏ BAĞLI YENİ HƏBSLƏR

Rəis müavini həbs olunan şəxslərin kimliyini və onların nə vaxt həbs edildiklərini açıqlamasa da, bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyini bildirib
Azərbaycan servisi/Aran Agentliyi
“Əbu Bəkr” məscidində baş vermiş partlayışla bağlı daha 3 nəfər həbs olunub.

Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov məlumat verib. Rəis müavini həbs olunan şəxslərin kimliyini və onların nə vaxt həbs edildiklərini açıqlamasa da, bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyini bildirib. O, “Əbu Bəkr” məscidində yeni terror aktlarının planlaşdırılması barədə əllərində əsaslı məlumatların olduğunu, bununla bağlı məlumatların da ictimaiyyətə çatdırılacağını vurğulayıb.
  • Yazılıb
  • da (də) 2008 Nov 13