Tarix : 2008 Nov 13
Kod 8688

AZADLIQ QƏZETİNİN SAYTI DAĞIDILDI

saytın parollarını bilmədən ora daxil olmaq, dağıtmaq, kökündən məhv etmək isə birbaşa Azərbaycanın xüsusi xidmət orqanlarının işidir
Azərbaycan servisi/Aran Agentliyi

“Son bir ayda iki dəfədir ki, qəzetimizin saytına girib, bütün materialları silirlər”. Bu barədə bizə açıqlamasında “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov dedi. Onun sözlərinə görə, saytın parollarını bilmədən ora daxil olmaq, dağıtmaq, kökündən məhv etmək isə birbaşa Azərbaycanın xüsusi xidmət orqanlarının işidir. “Xüsusi xidmət orqanları artıq bütün gücünü ölkədaxili müxalifət, müxalifət qəzetlərinin yazarları ilə mübarizəyə həsr ediblər. Son fəaliyyətləri isə bizim qəzetin saytı ilə bağlıdır. İlk dəfə seçkiyə cəmi bir gün qalmış - 14 oktyabrda saytı dağıtdılar...”
“...Özü də bunu elə etdilər ki, bilmədik ki, sayt var, yoxsa yox. Təbii ki, seçki günü, habelə seçkidən sonrakı bir-iki gün saytımız işləmədi. Sonra birtəhər bərpa etdik. Cəmi bir həftə sonra isə onu yenidən dağıtdılar. Bu dəfə elə dağıtdılar ki, onu bərpa etmək qeyri-mümkün oldu. Bütün arxivimiz silinib. Saytın özünü nə vaxtsa bərpa edə bilsək də, arxivimiz artıq yoxdur”.

  • Yazılıb
  • da (də) 2008 Nov 13