Tarix : 2008 Nov 13
Kod 8689

Azərbaycan R-da inflyasiya artır

Cari milad ilinin ilk 10 ayında Azərbaycan R-da inflyasiya göstəricisi 27%-dən çox artıb
Azərbaycan servisi/Aran Agentliyi
Cari milad ilinin ilk 10 ayında Azərbaycan R-da inflyasiya göstəricisi 27%-dən çox artıb.
Azərbaycan Respublikası İqtisadi Araşdırmalar  Mərkəzi bildirib: Bu mərkəzin cari milad ilinin əvvəlindən oktyabrın sonunadək 11 rayonda apardığı araşdırmaların nəticələri göstərir ki, Azərbaycan Respublikasında inflyasiya miqdarı 27%-i ötüb-keçibdir. Ərzaq, istehlak malları və ümumi xidmətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27%-dən çox bahalaşıbdır. Halbuki Azərbaycan Respublikası Dövlət Statistika Təşkilatının sədri Arif Vəliyev bir müsahibədə proqnoz etmişdi ki, bu ölkədə inflyasiya miqdarı cari milad ilinin sonunadək 22%-i ötüb-keçməyəcək.

 O, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi, Azərbaycan Respublikasında neft və qaz hasilatı həcminin azalması, habelə import və istehlak mallarının beynəlxalq qiymətinin yuxarı qalxmasını ölkədə inflyasiya miqdarının artmasının dəlillərindən adlandırıb.

  • Yazılıb
  • da (də) 2008 Nov 13