Tarix : 2008 Nov 13
Kod 8692

İran raketinin yeni nəsli sınaqdan keçirilib

Müdafiə Nazirliyinin Hava-Kosmos Təşkilatının qüdrətli mütəxəssisləri bərk mürəkkəb yanacağı ilə işləyən bu raketi sınaqdan keçirməyə müvəffəq olublar
İİR servisi/Aran Agentliyi

İİR-nin Müdafiə Nazirinin iştirakı ilə "Seccil" adlı yeni nəsildən olan raket uğurla sınaqdan keçirilib. Xəbər kanalının məlumatına görə, general-mayor Mustafa Məhəmmədnəccar "Quru-quru" tipli bu raketin xüsusiyyətlərini açıqlayaraq deyib: Müdafiə Nazirliyinin Hava-Kosmos Təşkilatının qüdrətli mütəxəssisləri bərk mürəkkəb yanacağı ilə işləyən bu raketi sınaqdan keçirməyə müvəffəq olublar.
O, bu raketin digər özəllikləri kimi onu buraxan qurğu, yerləşmək, atılmaq və atılan məkandan çıxmaq üzrə son dərəcə yüksək sürətinə işarə edib.
Nəccarın sözlərinə görə, bu raket sınağı İİR-nin adi raket fəaliyyətləri, müdafiə çəkindiriciliyi strategiyası və doktrinası çərçivəsində və regionda sülh, sabitlik və dincliyin möhkəmləndirilməsi və müdafiə məqsədli olub, heç bir ölkəyə qarşı işlədilməyəcək.
İİR-nin müdafiə naziri vurğulayıb: "Seccil" raketinin sınaqdan keçirilməsi ötən ildən planlaşdırılmışdı və son regional və beynəlxalq olaylarla heç bir əlaqəsi yoxdur.

  • Yazılıb
  • da (də) 2008 Nov 13