Hər kəs İran xalqı ilə ədəbsizcəsinə və dikbaşlılıqla danışmaq istəyərsə, İran xalqının cavabı aydındır
İİR servisi/Aran Agentliyi
Mahmud Əhmədinejad deyib: Hökumətlərin zahirən dəyişilməsinin İran üçün fərqi yoxdur və onların rəftarları İran xalqı və digər ölkələrin xalqları arasında zərrəbin altına alınır. Müxbirimizin məlumatına əsasən, İİR prezidenti bu gün Mazandaran ostanının mərkəzi Sari şəhərinin əhalisi qarşısında Amerika demokrat partiyası namizədinin prezident seçkilərindəki qələbəsinə toxunaraq artırıb: Kimin gəlib, kimin getməsinin bizimi üçün fərqi yoxdur. Hər kəs İran xalqı ilə ədəbsizcəsinə və dikbaşlılıqla danışmaq istəyərsə, İran xalqının cavabı aydındır.
Əhmədinejad habelə İİR-nin nüvə fəaliyyətlərinə işarə edərək, İran xalqının başucalığın nüvə texnologiyasının iqtisadi maraqlarından daha mühüm adlandırıb və deyib: İİR-nin düşmənləri müxtəlif bəhanələrlə İran xalqının başucalığın pozmaq niyyətində idilər. Lakin İran xalqı dünyada xalqların ən əzizi və sevimlisidir.