Vyana Diplomatik Hüquqlar Konvensiyasına əsasən, Pakistan dövləti bu ölkədəki diplomatlar və diplomatik məkanların qorunması sahəsində məsuliyyət daşıyır
İİR servisi/Aran Agentliyi
İİR Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın Pişavərdəki baş konsulluğunda çalışan diplomatının oğurlanmasını terror hərəkəti adlandıraraq, onu pisləyib. Həsən Qəşqavi bu gün İİR-nin Pakistandakı səfirliyi və baş konsulluğunun Heşmətullah Əttarzadə Niyakinin azadlığı üçün məsələni izlədiklərini qeyd edərək deyib: Vyana Diplomatik Hüquqlar Konvensiyasına əsasən, Pakistan dövləti bu ölkədəki diplomatlar və diplomatik məkanların qorunması sahəsində məsuliyyət daşıyır.
Qəşqavi ümidvarlıq edib ki, Pakistan rəsmilərinin ciddi fəaliyyətləri ilə quldurlar aşkarlanacaq və iranlı diplomatın tez bir zamanda azadlığa buraxılması üçün zəmin yaranacaq.
Pakistanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin səfirinin olmadığı şəraitdə İİR Xarici İşlər Nazirliyinə çağırılıb və İranın etirazı ona elan olunub.
İranın Pişavərdəki baş konsulluğunun iqtisadi bölməsinin işçisi Heşmətullah Əttarzadə və onun yerli sürücüsü bu gün səhər naməlum yaraqlılar tərəfindən hücuma məruz qalıb. Hadisədə sürücü ölüb, Əttarzadə də naməlum yerə qaçırılıb.