Bu gün dünya, xüsusən Yaxın Şərq hadisələri göstərir ki, ABŞ-ın hegemonçuluq dövrü başa çatıb
Beynəlxalq Servisi/Aran Agentliyi
İİR İslami Şura Məclisinin sədri ABŞ-ın dünyadakı hegemonçuluq dövrünü bitmiş hesab edib. İRNA-nın məlumatına görə, Əli Laricani dünən gecə Qum şəhərində Amerikanın region ölkələrindəki siyasətlərinin nakam qalmasına işarə edərək vurğulayıb: Bu gün dünya, xüsusən Yaxın Şərq hadisələri göstərir ki, ABŞ-ın hegemonçuluq dövrü başa çatıb.
İİR parlamenti-İslam Şurası Məclisinin sədri sonra ABŞ dövlət başçılarının yalançı qüruruna toxunaraq artırıb: Amerika Əfqanıstan və İraqı işğal edərkən elə fikirləşirdi ki, dünyada heç bir ölkə onun qarşısını almayacaq.
Laricani sonra deyib: Amerikanın qarşısında azadlıq və müqavimət fəryadı edən yeganə ölkə İİR olub və regionda anti-imperializm mövqeyinin artması İranın istiqlalsevərlik mövqeyinin güclənməsinin nəticəsidir.