İran xalqı islam dininin təlimləri və öz zəngin mədəniyyəti sayəsində daim ilahi dinlərə və digər sivilizasiyalara hörmətlə yanaşıb və İranda dini azlıqlar bərabər hüquqlara malikdirlər
İİR servisi/Aran Agentliyi
İranın BMT-dəki daimi nümayəndəsi İİR-in İslamı prinsiplər əsasında dinlərarası anlaşmanın və sivilizasiyalararası dialoqun genişlənməsinə yardım etməyə hazır olduğunu bildirib. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai dünən Nyu-Yorkda BMT-nin dinlərarası dialoq mövzusunda keçirilən ümumi iclasında deyib: İran xalqı islam dininin təlimləri və öz zəngin mədəniyyəti sayəsində daim ilahi dinlərə və digər sivilizasiyalara hörmətlə yanaşıb və İranda dini azlıqlar bərabər hüquqlara malikdirlər.
Xəzai İslam dini və digər ilahi dinlərə habelə dini şəxsiyyətlərə hörmətsizliyin edilməsinə işarə edərək, deyib: Təəssüfləndirici haldır ki, bu kimi hərəkətlər söz azadlığı və terrorizm ilə mübarizə adları altında baş verir.
İranın BMT-ədki daimi nümayəndəsi Sionist rejimin başçısı Şimon Peresin Nyu-Yorkda keçirilən dinlərarası dialoqda iştirak və çıxış etməsinə işarə edərək, bu rejimin günahsız və müdafiəsiz fələstin xalqına qarşı cinayətlərini xatırladıb və deyib: Sionist rejim başçısının dinlərarası dialoqda iştirakı nəinki bəşəriyyətin ümumi məqsədlərinin reallaşmasına yardım etmir, hətta diqqətlərin əsas məsələdən yayındırılmasına və sui - istifadələrin edilməsinə zəmin yaradır.