Əli Babacanla görüşdə E.Nalbandyan Dağlıq Qarabağ probleminin həlli yollarını, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin taleyini müzakirə etmək niyyətindədir
Ermənistan servisi/Aran Agentliyi
Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın Ankaraya səfərinin tarixi məlum oldu. O, noyabrın 24-də Türkiyəyə səfər edəcək. «CNN Turk»ün məlumatına görə, səfərdə məqsəd - Ermənistanın, qərargahı İstanbulda yerləşən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etmək niyyətidir. Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Əli Babacan ilə keçiriləcək görüşdə iki ölkəni və regionu maraqlandıran bir sıra məsələlər müzakirə ediləcək. Görüşdə habelə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin taleyi, iki ölkə rəhbərinin danışıqlarının zəruriliyi, Türkiyənin ermənilərin «soyqrım» iddiasını araşdırmaq üçün birgə tarixi komissiya yaradılmasına dair təklifi nəzərdən keçiriləcək.
Nalbadyanın səfərindən əvvəl isə Türkiyənin xarici işlər naziri Əli Babacan Bakıya gəlməyi planlaşdırır.