Rəsmi Moskva raket əleyhinə müdafiə sistemlərinin yaradılması məsələsini ABŞ-la müzakirə etməkdən çəkinmir
Rusiya servisi/Aran Agentliyi
Medvedyev Şərqi Avropada ABŞ-ın RƏM sistemi qurması ilə əlaqədar bu dövlətlə müzakirələr aparmağa hazırlığını bildirib. Röytersin Moskvadan verdiyi məlumata əsasən, Rusiya prezidenti Dmitri Medvedyev şənbə günü noyabrın 15-də deyib: Rəsmi Moskva raket əleyhinə müdafiə sistemlərinin yaradılması məsələsini ABŞ-la müzakirə etməkdən çəkinmir.
Birləşmiş Ştatların Şərqi Avropada RƏM sistemi qurmasına dair Rusiyanın reaksiyasına gəlincə, Medvedyev qeyd edib ki, amerikalılar 1-ci addımı atmayana qədər Rusiya heç bir iş görməyəcək.
RƏM sisteminin qurulmasına qarşı olan Rusiya xəbərdarlıq edib ki, Amerikanın bu planı reallaşarsa, Rusiya da Litva və Polşa ilə həmsərhəd Kalininqradda yaxınmənzilli raketlərini yerləşdirəcək.