Bunun da nəticəsində artıq bir neçə saatdır ki, bu magistral xətdə avtomobillərin hərəkəti iflic olub
Azərbaycan servisi/Aran Agentliyi
Bakı-Quba yolunun 144-cü kilometrliyində, Quba rayonunun İsnobqışlaq kəndi ərazisində «Kamaz»la Bakı istiqamətində gedən «Azərkörpü» səhmdar cəmiyyətinə məxsus yük maşını toqquşub. Bunun da nəticəsində artıq bir neçə saatdır ki, bu magistral xətdə avtomobillərin hərəkəti iflic olub.
«Azərkörpü»nün sürücüsü, Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Cahangir Nurəddinov ANS PRESSin bölgə müxbirinə bildirib ki, «Kamaz» maşını yüksək sürətlə gəlib və arxadan onun idarə etdiyi maşina çırpılıb. Nəticədə də «Kamaz»da olan iki sərnişin bədən xəsarətlərilə xəstəxanaya aparılıb. Hadisənin dəqiq səbəbləri hələ ki, məlum deyil, araşdırma apırılır. Dövlət Yol polisi əməkdaşlarının verdiyi məlumata görə, yaxın saatlarda Bakı-Quba yolu ilə maşınların hərəkəti bərpa ediləcək.