Tarix : 2008 Nov 16
Kod 8750

AZƏRBAYCAN VƏ GÜRCÜSTAN QAZ İXRACI HAQDA BEŞ İLLİK MÜQAVİLƏ İMZALAYIBLAR

Saat 17.45-də Azərbaycan və Gürcüstan qaz ixracı haqda beş illik hökumətlərarası müqavilə imzalayıblar
Azərbaycan servisi/Aran Agentliyi

Sənədi iki ölkənin energetika nazirləri – Natiq Əliyev və Aleksandr Xetaquri imzalayıb. Bu barədə Turana Gürcüstanın Azərbaycan səfirliyindəki mənbə məlumat verib. Bu zaman agentliyin həmsöhbəti imzalanmış sənədin incəliklərini açıqlamayıb.

   Lakin bu gün Bakıda IV Enerji Sammiti başa çatdıqdan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili gürcü jurnalistləri ilə söhbətində bildirib ki, qaz ixracı üzrə danışıqlar artıq çoxdan aparılır və artıq yaxın beş ildə Gürcüstanda qaz təchizatı ilə bağlı heç bir problem olmayacağını deməyə zəmin var.

  • Yazılıb
  • da (də) 2008 Nov 16