Azərbaycan servisi/Aran Agentliyi
İİR-nin Azərbaycan R-dakı səfiri Həmidi Zare vurğulayıb ki, Şimali İranda rusların hakimiyyəti dövründən qalmış ifadələr problem yaradandır. Nasir Həmidi Zare Bakıda çıxan "Səs" qəzeti ilə müsahibədə deyib: Bilirsinizmi ki, hazırda Şimali İranda rusların dövründən qalmış ifadələr problem yaradıb?
Nasir Həmidi Zare artırıb: Əslində sizin işlətdiyiniz "Cənubi Azərbaycan" termini düzgün termin deyildir. Zira həmin ərazi hazırda İranın hüdudlarında yerləşir. Əslində əgər tarixə nəzər salsaq, görərik ki, İran və Azərbaycan bir zaman vahid bir imperiya hüdudlarında yerləşirdilər. Lakin indi tarixi bu günlə müqayisə etmək olmaz.
İİR-nin Bakıdakı səfiri nikbinliklə bildirib ki, Azərbaycan Respublikası bu gün yerinə düşmüş müstəqil bir siyasət yeridir və heç bir ölkədən də göstəriş almır.
Rus ədəbiyyatı oxumuş şəxslər başqa bir psixoloji vəziyyətdə fəaliyyət edirlər.