Tarix : 2008 Nov 16
Kod 8753

Azərbaycan R. tolerant ölkədirmi

Hazırda siyasi şiə qrupları ilə yanaşı respublikada talış, ləzgi və avar azlıqları da daim etnik tələblərinə soyuqqanlıqla yanaşılmasından gileylənirlər
Azərbaycan servisi/Aran Agentliyi

Dünın  noyabrın 16-sı Beynəlxalq Tolerantlıq günüdür. Azərbaycan Respublikası ifrat tolerantlığın təbliğatı baxımından dünyada özünəməxsus yer tutmuşdur.
Bu ölkədə siyasi və fəal müsəlman qruplarına, şiə icmalarına, o cümlədən Cümə Dini İcması, Milli-mənəvi Dəyərlər İctimai Birliyi və s... şiə qruplarına qarşı tolerantlıqdan xəbər olmadığı halda, xristian missioner təriqətləri, yəhudi və hətta şeytanpərəst qüvvələr tolerantlığın səmərəsindən yuxarı həddə faydalanırlar. Belə bir şəraitdə Azərbaycan Respublikası hökumətinin bu dövləti bütün dünyaya nümunəvi tolerant bir məmləkət kimi təqdim etməsi sual doğurmaya bilməz.
Hazırda siyasi şiə qrupları ilə yanaşı respublikada talış, ləzgi və avar azlıqları da daim etnik tələblərinə soyuqqanlıqla yanaşılmasından gileylənirlər.
Azər-Tac Xəbərlər Agentliyi bu gün noyabrın 16-sı Beynəlxalq Tolerantlıq günü ilə bağlı xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun 16 noyabr Beynəlxalq Tolerantlıq günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət etmişdir.
Müraciətdə deyilir ki, 1995-ci ildə YUNESKO 16 noyabr tarixini hər il Beynəlxalq Tolerantlıq günü elan etmişdir. Bununla yanaşı, dini dözümlülüklə bağlı ondan çox saziş, bəyannamə və tövsiyə də vardır. Bu gün həmin sənədlərin hər biri öz əhəmiyyətini qoruyub saxlayır və onların hər birinə tam mənada hörmət edilməlidir.
Bu gün dünyamız müharibə, terrorizm, insanlığa qarşı cinayətlər, etnik təmizləmə, azlıqlara və mühacirlərə qarşı ayrı-seçkilik və belə çoxsaylı hallar ilə üzləşməkdə davam edir. Bu da qloballaşan dünyada bizi bir araya gətirməklə yanaşı, həm də böyük qorxu hissinə və daxili ziddiyyətlərə səbəb olur. Planetimizin fəaliyyəti üçün dəhşətli təhlükələrin artması və bunun nəticəsində yaranmış gərginlik potensialı tolerantsızlığa ararır.
BMT-nin baş katibinin müraciətində deyilir ki, biz bu təhlükələrə qarşı mübarizənin yollarından -mədəni müxtəlifliyin davamlı inkişafı istiqamətində işin, tolerantlıq və sülh təhsilinin ən yaxşı vasitələr olduğundan xəbərdarıq. Güclü vətəndaş cəmiyyətinin olması, insan hüquqlarına diqqətin artırılması, azad və məsuliyyətli mətbuatın mövcudluğu bizim ən qüdrətli təminatçılarımızdır.
Lakin o da məlumdur ki, müsbət dəyişikliyin əsas icraçıları beynəlxalq konvensiya və sazişlərə imza atan hökumətlərdir.
Tolerantlığın zəruriliyi hər birimiz üçün aydındır. Lakin iradəmiz daha güclü olmalıdır.
Müraciət bu sözlərlə tamamlanır: "Bu gün Beynəlxalq Tolerantlıq gününü qeyd edərkən, onu da unutmamalıyıq ki, bizim bu sahədəki fəaliyyətimiz sabah yenidən davam edəcəkdir.

  • Yazılıb
  • da (də) 2008 Nov 16