Tarix : 2008 Nov 16
Kod 8754

Türkiyə Ermənistanla Azərbaycan R-nı barışdırır

Türkiyə dövləti Azərbaycan R. və Ermənistan dövlət başçılarının görüşünü təşkil etmək niyyətindədir
Azərbaycan servisi/Aran Agentliyi

Türkiyə dövləti Azərbaycan R. və Ermənistan dövlət başçılarının görüşünü təşkil etmək niyyətindədir. Türk Kütləvi İnformasiya Vasitələrinin məlumatına əsasən, baş nazir Rəcəb Tayyib Ərdoğan Amerikanın Kolumbiya universitetində çıxış edərək, prezidentlərin Moskva görüşünü də müsbət qiymətləndirib.
Noyabrın 2-də Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan Respublikası və Ermənistan dövlət başçıları görüşərək, Qarabağ münaqişəsinin dinc yolla həlli barədə öhdəlik götürdülər.
Türkiyə oktyabr ayından BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.
Türkiyə və Amerika Moskva bəyannaməsini himayə etsələr də, müstəqil ekspertlər bu sənədin Azərbaycan Respublikasının milli maraqları ilə uyğun olmadığı qənaətindədirlər.

  • Yazılıb
  • da (də) 2008 Nov 16