Tarix : 2008 Nov 17
Kod 8766

Madrid prinsipləri gündəmdə

Azərbaycanın bu gününə və gələcəyinə ən təsirli məsələlərdən olan Qarabağ problemi min bir müstəvidə çək-çevir edilsə də ölü nöqtədən tərpənə bilmir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın bu gününə və gələcəyinə ən təsirli məsələlərdən olan Qarabağ problemi min bir müstəvidə çək-çevir edilsə də ölü nöqtədən tərpənə bilmir. Kimlərsə Qarabağ probleminin həlli istiqamətində tədbirləri səmərəsiz sayır, kimlərsə istənilən bir addıma ümidlə baxır.
Günün mövzusuna çevrilmiş "Madrid prinsipləri"nə münasibətdə də ikili münasibət müşahidə olunmaqdadır. Mətbuata çıxmış mətn həqiqidir, yoxsa saxta? Ümumuyyətlə bu prinsiplər Azərbaycanın xeyirinədir, yoxsa zərərinə?
ABŞ Dövlət katibi yardımçısının müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza "Madrid prinsiplərini" gündəmə gətirən Moskva görüşü haqqında deyir:
- Bəli, iki prezidentin bu deklarasiyanı imzalaması həqiqətən də vacib idi və vacibdir. Çünki bu 1994-cü ildən bəri Dağlıq Qarabağla bağlı ilk sənəddir ki, Azərbaycan və Ermənistan prezidentləri imzalayırlar. Bunun özü çox vacib faktdır. Mənim özümün prezidentlər Əliyev və Sərkisyanla söhbətlərimdən də anladığım budur ki, bu dövlət başçılarının özü də sənədə ciddi bir sənəd kimi yanaşır. Onlar bu sənədi danışıqları davam etdirməyin yol xəritəsini – istiqamətini cızan bir sənəd kimi görürlər. Onlar bu sənədə çox diqqətlə yanaşırlar. Odur ki, bu vacibdir..."
Bəli, görüş vacibdir. Amma görüşün nəticələri daha böyük əhəmiyyət kəsb edir. Əgər görüş Madrid prinsiplərinə aparırsa və bu prinsiplərdə Azərbaycanın haqqı nəzərə alınırsa, nə üçün həmin mətn məxfi saxlanılır? Müxalifət mətbuata çıxmış sənədi həqiqi sayır."Musavat" yazır:
"Madrid anlaşmasının Moskva bəyannaməsindən sonra ortaya çıxması heç də təsadüfi sayıla bilməz. Görünür, Moskva bəyannaməsində əksini tapan məqamlarla “Madrid prinsipləri” arasında hansısa fərqliliklər olduğundan bu sənədin üzə çıxarılması ermənilərin marağında olub. Hər halda “Madrid prinsipləri” adlı sənədi ingilisdilli saytlarından axtarıb tapan erməni qəzeti olub. Həmin ingilisdilli bloqun erməni lobbisinin nəzarəti altında olduğunu da düşünmək olar.
Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, həm Azərbaycan, həm də Ermənistan rəsmiləri bu sənəd üzə çıxandan sonra absurd açıqlamalar verirlər. Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasına dair imzalanmış sənəd olmadığını deyib. Onun fikirlərindən belə qənaət hasil olur ki, Nalbəndyan “Madrid prinsipləri”nin heç də yekun razılaşma layihəsi olmadığına işarə edib. Azərbaycan iqtidarı isə iddia edir ki, qəzetlərdə çap olunan sənəd heç də “Madrid prinsipləri” deyil. Madrid anlaşması”nın Moskva bəyannaməsindən sonra ortaya çıxması heç də təsadüfi sayıla bilməz. Görünür, Moskva bəyannaməsində əksini tapan məqamlarla “Madrid prinsipləri” arasında hansısa fərqliliklər olduğundan bu sənədin üzə çıxarılması ermənilərin marağında olub. Hər halda “Madrid prinsipləri” adlı sənədi ingilisdilli saytlarından axtarıb tapan erməni qəzeti olub. Həmin ingilisdilli bloqun erməni lobbisinin nəzarəti altında olduğunu da düşünmək olar.
Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, həm Azərbaycan, həm də Ermənistan rəsmiləri bu sənəd üzə çıxandan sonra absurd açıqlamalar verirlər. Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasına dair imzalanmış sənəd olmadığını deyib. Onun fikirlərindən belə qənaət hasil olur ki, Nalbəndyan “Madrid prinsipləri”nin heç də yekun razılaşma layihəsi olmadığına işarə edib. Azərbaycan iqtidarı isə iddia edir ki, qəzetlərdə çap olunan sənəd heç də “Madrid prinsipləri” deyil..."
Müxalifətin əlində yetərli dəlillər olmadığından iqtidara inanmaq istəsək də, növbəti sual rahat buraxmır: bu mətn həqiqi deyilsə, nə üçün həqiqi mətn ortaya qoyulmur?
Mövcud vəziyyətdə kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək çətindir. Amma Madrid prinsipləri Azərbaycanın xeyirinə olarsa belə kim zəmanət verir ki, həmin prinsiplər yerinə yetiriləcək? BMT-nin bu günədək qəbul edilmiş qətnamələrinin neçə faizi və hansı həddə yerinə yetirilib? Sözdə dünyaya demokratiya dərsi keçən, işdə işğalçılıqla məşğul olan və ya işğallara göz yumanların fitvası nə dərəcədə ümidvericidir?
  • Yazılıb
  • da (də) 2008 Nov 17