Azərbaycanın birja valyuta bazarında ötən həftə (noyabrın 10-14-də) ABŞ dolları üzrə ümumi dövriyyə 17,570 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 15% azdır
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın birja valyuta bazarında ötən həftə (noyabrın 10-14-də) ABŞ dolları üzrə ümumi dövriyyə 17,570 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 15% azdır.Keçən həftə gündəlik dövriyyə aşağıdakı kimi olub:
Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarətin nəticəsi üzrə orta göstərici) 0,8077 manatdan 0,8091 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,17% artıb.
Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,21%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,14%, nağd satış məzənnəsi isə 0,15% yüksəlib:
Göründüyü kimi, bütün məzənnələr üzrə eyni tendensiya müşahidə olunub. Bununla yanaşı, rəsmi və nağd məzənnələr arasında marja 0,5% səviyyəsində saxlanılır. Marjanın belə kiçik səviyyəsi bazarda ciddi spekulyativ əhval-ruhiyyənin olmamasını göstərir. Bu da öz növbəsində bazarda hər hansı böhrana oxşar və ya ümumiyyətlə qeyri-adi tendensiyaların olmaması ilə bağlıdır. Buna baxmayaraq, avronun məzənnəsində daha xiddi qalxıb-enmə olub:
Ötən həftə valyuta bazarında əsas hadisə avronun məzənnəsinin manatla bərabər səviyyəyə çatması olub ki, bu da 2002-ci ilin dekabrından ilk dəfə müşahidə olunur. Bununla belə, birja bazarında avro üzrə əqdlər aparılmadığı üçün bu valyuta üzrə bazar məzənnəsini izləmək mümkün deyil. Avro üzrə əqdlər ya açıq banklarası bazarda, ya da bankdaxili mübadilə əməliyyatları çərçivəsində aparılır. Ümumilikdə, avro bazarında qeyri-sabitlik müşahidə olunur. Belə ki, cari ilin sentyabrında əhali tərəfindən nağd avronun satış həcmi bütün ötən ilin göstəricisinin 96%-ni təşkil edib. Bu da onu göstərir ki, avronun manata qarşı məzənnəsinin kəskin düşməsi şəraitində əhali avronu manata və ya dollara çevrilməyə çalışır, çünki hazırda dollar üzrə da müəyyən artım nümayiş olunur.