gecə 23:00-da rayonun Qapanlı kəndi ərazisində təsərrüfat işləri ilə məşğul olan 23 yaşlı Abdulla Novruz oğlu Qurbanov atı ilə birgə minaya düşüb
Azərbaycan servisi/Aran Agentliyi
Dünən gecə Tərtər rayonunda mülki şəxs minaya düşüb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, gecə 23:00-da rayonun Qapanlı kəndi ərazisində təsərrüfat işləri ilə məşğul olan 23 yaşlı Abdulla Novruz oğlu Qurbanov atı ilə birgə minaya düşüb.OZM markalı piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alan əslən Ağdam rayonun Qarapirim kəndindən olan, hazırda isə Tərtərin Qarağaçı kəndində məskunlaşın Abdulla Qurbanov Tərtər Mərkəzi rayon xəstəxansına çatdırılıb. İlkin tibbi yardımdan sonra isə o, Bakıya Kliniki Tibbi Mərkəzə göndərilib. Xəstəxanadan verilən məlumata görə, hazırda A.Qurbanov əməliyyat otağındadır.