Norveç Xarici İşlər Nazirliyinin xarici radiostansiyaların Azərbaycandakı fəaliyyəti ilə bağlı cari il noyabrın 12-də verdiyi bəyanatla Azərbaycan XİN-in qəti razılaşmadığı səfirə bildirilib
Azərbaycan servisi/Aran Agentliyi
Norveçin Azərbaycandakı səfiri Yon Ramberq bu gün Xarici İşlər Nazirliyinə dəvət olunub. XİN mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Norveç Xarici İşlər Nazirliyinin xarici radiostansiyaların Azərbaycandakı fəaliyyəti ilə bağlı cari il noyabrın 12-də verdiyi bəyanatla Azərbaycan XİN-in qəti razılaşmadığı səfirə bildirilib. Norveç tərəfinin bəyanatının real vəziyyəti əks etdirmədiyi və məsələnin yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həll olunacağı diqqətə çatdırılıb.
Səfir Y.Ramberqə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır, çünki belə hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər.