Türkiyə servisi/Aran Agentliyi
Bir müddət öncə hicabla bağlı Qurani-Kərimdə hər hansı bir vacibi ayələrin olmadığını və 1400 illik islam tarixində hicabla bağlı heç bir şeyin olmadığını deyən CHP lideri Dəniz Baykal, başörtüyünün xarici ölkələrdən Türkiyəyə daxil olduğunu bildirmişdir-dunyabulteni xəbər verir. Lakin partiyasının qrup toplantısında hicabla bağlı etdiyi çıxışı ilə hamını təəcübləndirmişdir. Xatırladaq ki, Baykal hər seçki öncəsi başörtüyündən istifadə edərək seçiciləri partiyasına səs verməyə cəlb edir. O çıxışı zamanı: "70 milyon insanıq necə geyinilirsə o cürde geyinilsin. Heç kimi geyiminə görə ittiham etməyək. Hər bir kəsin dəyərlərinə hörmətlə yanaşmaq məcburiyyətindəyik. Türkiyə dəyişir, türkiyə yenilənir" deyə qeyd etmişdir.