Tarix : 2008 Nov 18
Kod 8783

H. Gülər İİR-in Xİ Naziri ilə görüşüb

İranın xarici işlər naziri həmçinin İran qazının Avropaya tranzitini mühüm məsələ adlandırıb və artırıb ki, müxtəlif tərəflər bu məsələni ciddi şəkildə izləyirlər
İİR servisi/Aran Agentliyi

İİR-in Xİ Naziri deyib: İran-Türkiyə əlaqələrinin genişlənməsi iki ölkə xalqlarının maraqları istiqamətindədir. Mənuçehr Müttəki Tehranda Türkiyənin energetika naziri Helmi Gülərlə görüşdə Türkiyənin Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasındakı son razılaşmaları iki ölkə arasında enerji həmkarlıqlarının inkişafı yolunda mühüm addım adlandırıb və ümidvarlıq edib ki, iki tərəfli razılaşmalar tez bir zamanda reallaşsın. İranın xarici işlər naziri həmçinin İran qazının Avropaya tranzitini mühüm məsələ adlandırıb və artırıb ki, müxtəlif tərəflər bu məsələni ciddi şəkildə izləyirlər. Türkiyənin energetika naziri də deyib ki, İran-Türkiyə əlaqələri bütün miqyaslarda inkişafdadır və iki tərəfli əməkdaşlıqlar hazırda münasib nöqtəyə çatıb.

  • Yazılıb
  • da (də) 2008 Nov 18