Referendum yolu ilə əsas qanunda prezidentin səlahiyyəti müddətinin artırılmasına dair qanuni maddənin dəyişdirilməsi məsələsinin araşdırılması mümkündür
Azərbaycan servisi/Aran Agentliyi
Az. R. kanstitusiya məhkəməsinin sədri, İlham Əliyevin prezidentliyi müddətinin artırılmasını mümkün sayıb. O bunu əsas qanunun dəyişdirilməsi üzrə referendumun keçirilməsi yolu ilə əlaqələndirib . Fərhad Abdullayev deyib: Referendum yolu ilə əsas qanunda prezidentin səlahiyyəti müddətinin artırılmasına dair qanuni maddənin dəyişdirilməsi məsələsinin araşdırılması mümkündür.
O Trend Xəbər Agentliyi ilə müsahibədə söyləyib: Az. R-da demokratik bir cəmiyyət formalaşır; bu üzdən dövlət müəssisələrinin fəaliyyət prinsipləri ilə bağlı yeni rəftarlar, müxtəlif bəyan və təşəbbüslər , söz azadlığının ayrılmaz hissəsidir.
Az. R. əsas qanunun 101-ci maddəsinin 5-ci bəndinə əsasən heç kəs iki dəfədən artıq prezident seçilmək haqqına malik deyil . Prezidentin səlahiyyət müddəti 5 ildir. Lakin son zamanlar Az. R-dakı hakim partiyanın nümayəndələri belə bir maddənin əsas qanunda olmasını , demokratiya prinsipləri ilə təzadlı elan edərək ,İlham Əliyevin ömürlük prezident olması üçün onun götürülməsini istəyiblər!