Tarix : 2008 Nov 18
Kod 8787

SAAKAŞVİLİDƏN ŞOK AÇIQLAMA

Mixail Saakaşvili 7 avqustda Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək cəhdindən təəssüf hissi keçirmədiyini söyləyib
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan prezidenti bu yaxınlarda Rusiyanın əsgərlərinin Azərbaycana yerləşəcəyini bildirib.

Gürcüstan prezidenti Mixail Saakaşvili Fransanın “Le Fiqaro” qəzetinə verdiyi müsahibədə iddia edib ki, Rusiya Azərbaycana təzyiq göstərərək, öz qüvvələrini bu ölkədə sülhməramlı əsgərlər qismində yerləşdirmək istəyir.

Mixail Saakaşvili 7 avqustda Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək cəhdindən təəssüf hissi keçirmədiyini söyləyib.

Mixail Saakaşvilinin sözlərinə görə, Kreml Şimali Qafqazda iki əsas məqsəd güdür: birincisi, enerji sərvətlərinin nəqlinə nəzarəti ələ almaq və Gürcüstanda demokratik quruluşu devirmək.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 18