Azərbaycan servisi/Aran Agentliyi
Politoloq Zərdüşt Əlizadə vurğulayıb ki, Azərbaycan R-nın qabaqkı və hazırkı başçıları daim milli maraqları qurban verərək qüdrətə çatıblar. Zərdüşt Əlizadə "SƏHƏR" beynəlxalq telekanalı ilə müsahibədə söyləyib Qarabağ məsələsinin həlli barədə Madrid prinsipləri eləcədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin digər layihələri yalnız və yalnız Az. R-nın öz milli hüquqlarından imtina etməsi və Ermənistan qarşısında geri çəkilməsini tələb edir.
O artırıb: Bu prinsipləri qəbul etmiş Az. R-nın başçıları da çalışırlar ki, onu xalqın həzm edə biləcəyi formaya salıb , icraya qoysunlar .
Zərdüştə Əlizadə vurğulayıb: Son zamanlar ifşa olunmuş Madrid prinsiplərində heç bir yeni şey yoxdur; zira Qarabağ məsələsində vasitəçilik edən qüdrətlər daim çalışıblar ki, Az. R-nı Ermənistan qarşısında öz hüquqlarından imtina etməyə sövq etdirsin və erməni qüvvələrin Az. R-nın Qarabağ ətrafındakı bəzi işğal olunmuş ərazilərindən çıxmalarını da Az. R-nın Ermənistan qarşısında güzəştə gedəcəyi zamana saxlasınlar.
Zərdüşt Əlizadə sonra deyib :Bu cür şərtlərin Az. R-nın hakim dairələri tərəfindən qəbulu da təəccüblü deyil, zira Əliyevlər ailəsi daxil olmaqla Az. R-nın istər qabaqkı , istərsə də hazırkı başçıları Qarabağı satmaq , Rusiyada sövdələşmək və Az. R-da qurban edilənlərin çiyinləri üzərində hakimiyyətə gəliblər; onlar üçün milli maraqlar və vətən torpağının dəyəri yoxdur . Onlar yalnız öz hakimiyyət və sərvətlərini qorumaq fikrindədirlər.