Tarix : 2008 Nov 19
Kod 8797

AZƏRBAYCANLI QADINLARI ƏXLAQSIZLIĞA MƏCBUR EDƏN CİNAYƏTKARLAR TUTULDU

Onlar qadınları İnternetdə "Uşağa baxmaq üçün qadın axtarılır" elanıyla aldadıblar
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Türkiyəyə xarici ölkələrdən gələn qadınları zorla əxlaqsızlığa məcbur edən cinayətkar qrupun üzvləri həbs olunub. 27 nəfərdən ibarət cinayətkar qrupun üzvləri xəstəxanaya aparılaraq tibbi müayinədən keçiriliblər.

Polis araşdırma zamanı müəyyən edib ki, cinayətkarlar İnternetdə "Uşağa baxmaq üçün qadın axtarılır" elanı verirlərmiş. Bundan sonra Gürcüstan, Rusiya, Ermənistan, Moldova və Azərbaycandakı adamları vasitəsilə qadınları "işə" götürürlərmiş. Ardınca həmin qadınlar Türkiyəyə aparılaraq zorla əxlaqsızlığa məcbur edilirlərmiş.

Polis noyabrın 15-də əməliyyat keçirərək 9-u qadın olmaqla 26 nəfəri həbs edib. Dünən isə daha bir qadın tutulub. Məlum olub ki, cinayətkar qrup aralarında həkim, vəkil və müəllimlərin də olduğu 18 qadını əxlaqsızlığa məcbur edib. Əxlaqsızlıq etmək istəməyən qadınlara isə işgəncə verilib. Cinayətkar qrupa Mərsindəki qapalı həbsxanada cəza çəkən şəxs rəhbərlik edirmiş.

  • Yazılıb
  • da (də) 2008 Nov 19