Tarix : 2008 Nov 19
Kod 8800

NALBANDYAN AZƏRBAYCANIN DALINCA DANIŞDI

Rəsmi Bakının Moskva bəyannaməsinə dair verdiyi şərhlər Vilnüsdə olan Edvard Nalbandyanın xoşuna gəlməyib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Baltika respublikalarına səfəri çərçivəsində Vilnüsda olan Ermənistanın XİN rəhbəri bildirib ki, Azərbaycan tərəfi öz şərhləri və nəzər nöqtəsilə prezidentlərin Moskvada imzaladığı birgə bəyannamənin əsas məğzini təhrif edir. Vilnüs universitetinin rəhbəri Benediktas Coucdkayla görüşdən sonra tələbələr qarşısında «Cənubi Qafqazda təhlükəsizlik: Ermənistanın perspektivləri» adlı məruzə ilə çıxış edən Edvard Nalbandyan Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlərdən də danışıb. Rəsmi İrəvanın bu problemin nizamlanması istiqamətində atdığı addımları qeyd edən Nalbandyan bəyan edib ki, rəsmi Bakının şərhləri iki ölkə arasında qarşılıqlı inamın artırılmasına imkan vermir.

  • Yazılıb
  • da (də) 2008 Nov 19