Tarix : 2008 Nov 19
Kod 8802

RUSİYANIN MÜDAFİƏ NAZİRİ GÜRCÜSTANI HƏDƏLƏDİ

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Gürcüstan hökumətinin hərbi gücünü artırmaq və NATO-ya yaxınlaşmaq cəhdlərinin xoşagəlməz nəticələr verəcəyini bildirib
Rusiya SERVİSİ/ARAN AGENTLİYİ

Bu barədə Türkiyənin «Worldbulletin» informasiya agentliyi məlumat verib.

Türkiyədə rəsmi səfərdə olan Serdyukov Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsinə hörmət etdiklərini, lakin Gürcüstanın hərbi gücünü artırmaq və NATO ilə yaxınlaşmaq cəhdlərinin narahatlıq doğurduğunu bildirib. «Gürcüstanın bu hərəkətləri avqust ayında baş verən hadisələrdən daha pis nəticələrə səbəb olacaq», - deyə Serdyukov bildirib.

  • Yazılıb
  • da (də) 2008 Nov 19