TRT-nin 30 müxtəlif dildəki yayınları yaxın vaxtlarda yüksələn xətlə inkişaf edəcək
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Türkiyənin TRT televiziya kanalı sabah xarici ölkələrdəki səfirlərin də iştirak edəcəyi tədbirdə 30 müxtəlif dildə hazırladığı veb yayımlarının açılışını və yeni internet saytının tanıtımını edəcək. "Dünyanın ən böyük yayım orqanlarından biri olmaq" istiqamətində işlər görən TRT-nin 30 müxtəlif dildəki yayınları yaxın vaxtlarda yüksələn xətlə inkişaf edəcək.50 ölkənin istifadə etdiyi 30 müxtəlif dildə hazırlanan veb yayımlarına start verəcək TRT dünyanın 5-ci ən böyük yayım orqanı olacaq.
Qeyd edək ki, "Voice Of America" 47, Çinin "China radio"su 45, "Voice Of Russia" 33, "BBC World Service" 32 müxtəlif dildə yayımlanır. TRT Vorld yayımları, texniki yenilikləri ilə yanaşı yayın məzmunu ilə də nümunə olacaq. Dünyanın dörd bir tərəfindən eyni vaxtda 10 mindən çox adam internet vasitəsilə bütün xəbərləri canlı yayımda izləyə biləcək.